Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-18 17:27:49
Valideyn övladını hansı hallarda lisey-gimnaziyalarda oxuda bilməz? –I sinfə qəbul  

Elektron sistem vasitəsilə I sinfə qəbul davam edir. Valideynlərövladlarını oxutdurmaqdan ötrü lisey və gimnaziyalara üstünlük verdiklərindənonların sualları da əsasən bununla bağlı olur.

AzEdu.az ən çox verilən suallara cavabı təqdim edir:

Sual:

-Övladım şifahi nitq bacarıqlarının qiymətləndirilməsiüçün təşkil edilən müsahibədə uğur qazana bilməyib. O, lisey və ya gimnaziyalardan birinin Azərbaycan bölməsinə qəbul edilə bilərmi? Yoxsa, yalnız orta ümumtəhsil müəssisəsində oxumalıdır?

Cavab:

-Bəli, şifahi nitq bacarıqlarının qiymətləndirilməsiüçün müsahibədə uğur qazanma bilməyən azyaşlının valideyni lisey və gimnaziyaların Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər. Təbii ki, bu zaman azyaşlının ünvanının lisey və gimnaziyalar üzrə müəyyən edilmiş əraziyə uyğunluğu da nəzərə alınır.

Ümumiyyətlə isə, övladının lisey və ya gimnaziyada təhsil almasını istəyən valideyn Azərbaycan bölməsini seçirsə, ümumi qaydada uyğun olaraq həmin təhsil qəbul edilir.

Övladının digər dildədildə təhsil almasını istəyən valideyn öncə “ərazi üzrə” bölməsini seçməli, daha sonra müvafiq liseyə yerləşdirdiyi sorğusu təsdiqlənməlidir.Onun övladı digər dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsindən uğurla keçsə, liseyə qəbul edilir. Digər ərazilərdə yaşayan valideynlər isə “müsabiqə yolu ilə qəbul” bölməsini seçərək övladının liseyə müsabiqə yolu ilə qəbulu üçün sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbində tədris xüsusi proqramla aparıldığından bu liseylərə qəbul müsabiqə yolu ilə aparılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları