Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-18 12:05:00
Təhsilə görə möhlət hüququ alanların sayı ciddi şəkildə artıb- RƏSMİ  

Son illər təhsilə görə hərbi xidmətdən möhlət hüququ verilən çağırışçıların sayında ciddi artım müşahidə olunub.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AzEdu.az-a bildiriblər.

Məlumatda deyilir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun tələblərinə uyğun, respublikanın və xarici ölkələrin ali təhsil müəssisələrinin yalnız bakalavriat səviyyəsində əyani təhsilalma formasında təhsil alan çağırışçılara hərbi xidmətdən möhlət hüququ verilirdi.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 279-VQD nömrəli Qanununa əsasən, ali təhsil pilləsinin bakalavriat səviyyəsi ilə yanaşı, magistratura və doktorantura səviyyələrində təhsil alan çağırışçılara təhsilini davam etdirmək üçün çağırışdan möhlət hüququ verilir.

Həmin Qanunun tələblərinə uyğun, çağırışdan möhlət hüququ xarici ölkələrin ali təhsil müəssisələrində ali təhsil pilləsinin müvafiq səviyyələrində təhsil alan çağırışçılara da şamil olunur.

Bununla əlaqədar, son illər aparılan təhlillər zamanı ali təhsil pilləsində təhsil aldıqlarına görə hərbi xidmətdən möhlət hüququ verilən çağırışçıların sayında ciddi artım müşahidə olunub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları