Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-18 11:50:00
Yıxılaraq xəstəxanaya yerləşdirilən şagird bu gün evə buraxılacaq

Bakıda orta məktəb şagirdi yıxılaraq xəsarət alıb.

AzEdu.az Report.az-a istinadən xəbər verir, hadisə F.Gözəlov adına 124 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbin 13 yaşlı şagirdi E.D. yıxılaraq yüngül xəsarət alıb.

O, dərhal təcili yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, məktəbli müayinə olunub və heç bir travması olmayıb. O, bu gün evə buraxılacaq