Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-18 11:35:00
Psixoloqdan DİM-ə məsləhət: “Xəbərdarlıq olmadan imtahan vərəqini əlindən almaq düzgün deyil”

"Yanındakından nəsə soruşanda kağız yerə düşüb. Kağızı götürərkən, içəri girən nəzarətçi qızın harayına, yalvarmağına baxmayaraq onu imtahandan qovub".

Bunu psixoloq Aytən Ələkbərova Modern.az-a müsahibəsində deyib. 

AzEdu.az həmin müsahibəni ixtisarla təqdim edir:

Aytən xanım abituriyenlər üçün ali məktəblərə qəbul imtahanları keçiriləcək. Ən çox psixoloji problem yaşanan ərəfələrdir. Bu haqda da danışmanızı istərdim. 

- Oğlum imtahan verirdi, onu gözləyirdik. Bir də gördük ki, bir qızın ürəyi getdi. Onu qucaqladım, avtomobilimə apardım. Mənə dedi ki, anasının əziyyətini yerə salıb. Deməli, imtahan vaxtı, sualları cavablandırıb. Yanındakından nəsə soruşanda kağız yerə düşüb. Kağızı götürərkən, içəri girən nəzarətçi qızın harayına, yalvarmağına baxmayaraq onu imtahandan qovub.

Qız mənə “xala, mən nəzarətçinin ayaqlarına yıxıldım. Dedim ki, oxuyan uşağam. Amma məni imtahandan qovdu” dedi. Nəzarətçilər o qıza kömək edə bilməzdimi? Əlbəttə ki, edə bilərdilər. Amma biz onu rahatlıqla intihara yönəldirik. 

- Siz dediyiniz işin əxlaqi və vicdan tərəfidir. Amma məsələnin qanun və intizam tərəfi də var. Sizə elə gəlmirmi ki, qanun  tərəfdən də nəzarətçi vicdanlı davranıb?

- Ən azından xəbərdarlıq edilməli idi ki, həmin qız qaydaları pozur. Bu xəbərdarlıq olmadan imtahan vərəqini əlindən almaq düzgün deyil. Qayda-qanun mütləqdir, amma qəbul imtahanlarında nəzarətçiləri də psixoloq olmalıdır. Çüni psixoloqlar ani şəraitdə yaranacaq stressin qarşısını ala bilirlər. 

- Valideynlər istəyir ki, övladı, məsələn, Hüquq fakültəsinə qəbul olsun. Amma abituriyentin yığdığı bal az olur və politologiyaya düşür. Bu zaman da valideynin deyinməsinə görə uşaqlarda qorxu yaranır. İndi isə elə bir dövrdür ki, vəzifədə olmadan da yaxşı pul qazanmaq olur. Niyə hələ də vəzifəyə meyllilik girovluğundan qurtula bilməmişik? 

- Çünki biz özümüz olmağı bacarmırıq. Biz publika üçün işləyirik. Dərhal kimin nə deyəcəyini düşünürük.