Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-17 10:10:00
"Mən bir müəlliməm" layihəsinin Bakı seminarı keçirilib.

"Mən bir müəlliməm" layihəsinin Bakı seminarı keçirilib.

AzEdu.az xəbər verir ki, layihənin rəhbəri Günel Əliyeva,  koordinatoru Məhəmməd Babazadədir.

Layihənin məqsədi isə imtahan öncəsi müəllimlərdə motivasiya yaratmaq, Kurikulum və Pedaqogika üzrə imtahana düşən mövzular, müasir təlim metodları haqqında məlumat verməkdir. Seminarın keçirilməsində məqsəd isə ölkə müəllimləri arasında əməkdaşlıq yaratmaqdır.  Layihənin Bakı seminarına Gəncə, Şirvan, Salyan, Lənkəran rayonlarından da qabaqcıl müəllimlər iştirak edib. Seminar Günel Əliyeva və layihənin Bakı təmsilçisi Ziba Səfərovanın təqdimatında baş tutub. Seminarın fəal iştirakçılarına Fəxri Fərmanlar təqdim olunub.

 Günel Əliyevanın sözlərinə  görə, "Mən bir müəlliməm" layihəsi ölkənin ayrı-ayrı şəhər, rayon, hətta ən ucqar kəndlərində keçiriləcək.

 Qeyd edək ki, layihə müəllimlərə imtahanda dəstək xarakteri daşıyır və ödənişsizdir. Layihə çərçivəsində növbəti təlim 20 aprel tarixində Şirvan şəhəri 18 saylı tam orta məktəbdə keçiriləcək.

Günel Yaşarqızı
Müəllifin digər yazıları