Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-17 09:50:00
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının təqvimi – Bütün tarixlər

 

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə əlaqədar ərizələrin qəbulu dünən saat 12:00-da başa çatıb.

Son məlumata əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün ümumilikdə 83.385 abituriyent ərizəsini təsdiqləyib.

Qəbul imtahanlarının hansı tarixlərdə keçiriləcəyi isə Dövlət İmtahan Mərkəzi tərəfindən bir neçə müddətdir ki, açıqlanıb.

AzEdu.az DİM-in rəsmi saytına istinadən, ali təhsil müəssisələrinə qəbul imtahanlarının təqvimini diqqətə çatdırır:

Əvvəlki illərin məzunları üçün qəbul imtahanı, I-IV ixtisas qrupları üzrə I mərhələ və V qrup üzrə - 28 aprel;

Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı -28 aprel;

Ali təhsil müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı- 28 aprel;

I və IV ixtisas qrupları üzrə yaz qəbul imtahanları -  12 may;

II və III ixtisas qrupları üzrə yaz qəbul imtahanları - 19 may;

Ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı - 30 may - 12 iyun;

I və IV ixtisas qrupları üzrə yay qəbul imtahanları - 23 iyun;

II və III ixtisas qrupları üzrə yay qəbul  imtahanları - 7 iyul;

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat - V qrup (bədən tərbiyəsi ixtisası üzrə) - 20-28 iyun;

V qrup (bədən tərbiyəsi ixtisası istisna olmaqla) 24 iyun - 3 iyul;

I qrup üzrə -8 - 13 iyul;

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I və V qrup) V qrup (bədən tərbiyəsi ixtisası üzrə) -1 - 14 iyul;

V qrup (bədən tərbiyəsi ixtisası istisna olmaqla) -7 iyul - 2 avqust;

I qrup üzrə- 19 - 23 iyul;

Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq) qəbul olmaq istəyənlərin qeydiyyatı - 20 - 24 iyul;

Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq) qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı - 27 iyul - 2 avqust;

Jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı - 22 - 25 iyul;

Jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı - 1 avqust;

İxtisas seçimi (I – IV qrup) - 24 iyul - 6 avqust;

İxtisas seçimi (V qrup (müvafiq komissiya üzrə qabiliyyət imtahanı başa çatdıqdan sonra)) - 24 iyul – 6 avqust;

Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ) - 15 - 27 avqust;

Boş qalan yerlərə ixtisas seçimi - 15 - 19 avqust;

Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı - 23 avqust - 2 sentyabr.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları