Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-16 17:00:00
Sumqayıt Dövlət Universitetin tələbəsi intihar etdi

Bakıda tələbə intihar edib.

AzEdu.az ONA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Binə qəsəbəsində qeydə alınıb. Sumqayıt Dövlət Universitetinin (SDU) fizika və elektroenergetika fakültəsinin 2-ci kurs tələbəsi, 1999-cu il təvəllüdlü Bəşirov Elməddin Vüqar oğlu yaşadığı evin eyvanından özünü asıb.

E.Bəşirov intihar etməzdən əvvəl məktub yazıb. Məktubda nə yazıldığı açıqlanmır.

 
SDU-nin mətbuat katibi Nazxanım Cəlilli  açıqlamasında E.Bəşirovun nümunəvi tələbələrdən olduğunu qeyd edib:
 
"Ötən gün həmin tələbə dərsdə iştirak edib. Yaxşı oxuyan tələbə olub, heç bir kəsiri də olmayıb. Bu gün dərsə gəlmədiyini görən fakültə rəhbərliyi tələbə ilə əlaqə saxlayıb. Telefona qardaşı cavab verib və Elməddinin rəhmətə getdiyini deyib. Onun intihar edib-etmədiyini bilmirik".