Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-16 12:01:19
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatdı-SON RƏQƏMLƏR

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə əlaqədar ərizələrin qəbulu bugün saat 12:00-da başa çatıb.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, son məlumata əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün ümumilikdə 83.382 abituriyent ərizəsini təsdiqləyib.

Ali məktəblərə daxil olmaq üçün ixtisas qrupları üzrə ərizəsini təsdiq edənlərin arasında I qrupun abituriyentləri üstünlük təşkil edir.

Azərbaycan bölməsində:

I ixtisas qrupu üzrə 25.003, rus bölməsi üzrə isə 2.277 nəfər;

II ixtisas qrupu üzrə  12.719, rus bölməsi üzrə isə 1.400 nəfər;

III ixtisas qrupu üzrə 20.010, rus bölməsi üzrə 1.453 nəfər;

IV ixtisas qrupu üzrə 4.402, rus bölməsi üzrə isə 551 nəfər ərizəsini təsdiqləyib.

Qeyd edək ki, tələbə qəbulu elanı və digər zəruri məlumatlarla daha ətraflı "Abituriyent 2” jurnalında tanış ola bilərsiniz.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları