Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-15 15:08:00
“Xüsusi qabiliyyətli” ixtisaslar üçün  bu qədər abituriyent ərizəsini təsdiqləyib  

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə əlaqədar ərizələrin qəbulu bugün başa çatır.

Sənəd qəbulu martın 15-dən aprelin 15-i saat 23:59-dək internet vasitəsilə aparılır.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, bu dəqiqələrə olan məlumata əsasən, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olunmaq üçün ümumilikdə 47.101 nəfər ərizəsini təsdiqləyib.

Bu göstərici Azərbaycan bölməsi üzrə 44.253, rus bölməsi üzrə 2848 nəfər təşkil edir.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat aprelin 20-dən etibarən start götürəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları