Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-15 14:38:00
Məktəblər arasında respublika çempionatının zona yarışları davam edir  

Məktəblər arasında keçirilən respublika çempionatının proqramına uyğun olaraq şahmat idman növü üzrə zona yarışına yekun vurulub.

AzEdu.az xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbində keçirilən yarışda Zəngilan rayonu və Bakı şəhərinin 12 rayonunun məktəb komandaları mübarizə aparıb.

Yarışların nəticəsi olaraq I yeri Bakı şəhəri 6 nömrəli məktəb-liseyin, II yeri Bakı şəhəri 60 nömrəli tam orta məktəbin, III yeri Bakı şəhəri 80 nömrəli tam orta məktəbin komandası tutub.

Daha bir zona yarışı şahmat idman növü üzrə Göyçay rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində keçirilib. Yarışda Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Göyçay, Ağdaş, Ağsu rayonlarının məktəb komandaları mübarizə aparıb.

Yarışların nəticəsi olaraq I yeri Oğuz rayonu 1 nömrəli tam orta məktəbin, II yeri Göyçay rayonu 5 nömrəli tam orta məktəbin, III yeri Qax rayonu 2 nömrəli məktəb-liseyin komandası tutub.

Daha bir zona yarışı isə atletika idman növü üzrə Lənkəran Olimpiya İdman Kompleksində keçirilib. Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonlarının məktəb komandalarının mübarizə apardığı yarışlarda I yeri Lənkəran şəhəri Haftoni qəsəbə tam orta məktəbin, II yeri Biləsuvar rayonu Xırmandalı kənd 1 nömrəli tam orta məktəbin, III yeri Salyan rayonu Arbatan kənd tam orta məktəbin komandası tutub.

Qaliblər diplomlarla təltif olunub.          

Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanır. Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.