Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-14 14:50:00
Məleykə Abbaszadənin qəbuluna yazılmaq istəyənlərin nəzərinə! - Qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Qəbələ rayonunda vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu aprelin 19-da saat 11:00-da Qəbələ şəhər Mədəniyyət Mərkəzində keçiriləcək.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, Qəbələ şəhərində keçiriləcək qəbulda Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayon sakinləri, o cümlədən həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki və Göyçay Regional Bölmələrinə müraciət etmələri (əlaqə tel: (024 244 66 14 – Şəki RB, 020 274 66 74 – Göyçay RB) xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan Rayon Təhsil Şöbələrinin rəhbərliyinə müraciətə edə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.