Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-13 15:00:00
Ali Hərbi Məktəbin kursantları döyüş atışları icra edib

“Qaraheybət” təlim mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantlarının bütün ixtisaslar üzrə intensiv hazırlığı davam edir.

Müdafiə Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, təlimlərdə şəxsi heyət mərhələlərlə zirehli döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, eləcə də zirehli texnikaların ştat silahından və artilleriya qurğularından praktiki döyüş atışları icra edir.