Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-13 13:46:00
Türkiyədə 1100 il əvvəl yazılmış dini kitab tapıldı

Türkiyənin Diyarbakır bölgəsinin Ergani rayonunda 1100 illik tarixi olan ivrit dilində dini kitab tapılıb. Qızıl hərflərlə yazılmış kitab 21 səhifədən ibarətdir.

Bu haqda AzEdu.az Türkiyə KİV-nə istinadən xəbər verir. 

Məlumata görə, kitabı ələ keçirmək istəyən altı şübhəli şəxs aparılan operativ əməliyyatı zamanı saxlanılıb.

Tarixi əsər mühafizə altına alınmaq məqsədilə aidiyyəti qurumlara təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.