Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-13 13:05:00
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ixtisasartırma təliminə başlayır

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) “Həyat bilgisi” fənninin tədrisi metodikası üzrə 36 akademik saatdan ibarət ixtisasartırma təliminə qeydiyyat başlanıb.

TİPİİ-dən AzEdu.az-a bildirilib ki, proqram “Həyat bilgisi” fənninin kurikulumunu, dərslərin xüsusiyyətlərinə uyğun müasir təlim resursları ilə tanışlığı, fənn üzrə qiymətləndirmənin təşkili yollarını əhatə edir. Təlim nəzəri bilik və praktik bacarıqların formalaşdırılması istiqamətində aparılır.

Təlimdə iştirak etmək istəyənlər aprelin 16-dək qeydiyyatdan keçə bilərlər.

Aprelin 18-dən start veriləcək təlim gündə 4 akademik saat olmaqla 9 gün davam edəcək.

Təlimin sonunda qiymətləndirmədə iştirak edən müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcək.