Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-12 16:05:00
“Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri qəfildən ölüb

“Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru, Əməkdar jurnalist Yusif Əliyev qəfildən dünyasını dəyişib. 

AzEdu.az xəbər verir bu barədə mərhumun iş yoldaşları "Facebook"da məlumat yayıblar. 

Bildirilir ki, o, bu gün 68 yaşında ürək çatışmazlığından özəl xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, “Azərbaycan müəllimi” qəzeti Təhsil Nazirliyinin orqanıdır.

Allah rəhmət eləsin!