Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-12 09:42:00
Bakıda tələbəni qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərildi

Qətldə təqsirləndirilən Rauf Murğuzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AzEdu.az-ın n xəbərinə görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası aprelin 19-na təyin edilib.

Qeyd edək ki, ötən il dekabrın 23-də Nərimanov rayonu ərazisində Ağstafa rayon sakini Rauf Murğuzov münaqişə zəminində həmyerlisi Elman Xəlilovu bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R. Murğuzov saxlanılıb.

Xatırladaq ki, hadisəni törədən R.Murğuzov Dövlət İdman Akademiyasının, E. Xəlilov isə Texniki Universitetin tələbəsi olub.