Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-11 15:40:00
DİM sual kitabçalarını yayanlarla bağlı xüsusi orqanlara müraciət etdi  

“Sual kitabçasının sosial şəbəkələrdə paylaşılması ciddi qayda pozuntusudur. Bununla bağlı  xüsusi orqanlara müraciət etmişik və bu halı kimlərin törətdiyi müəyyən olunub”.

AzEdu.az xəbər verir ki, bu sözləri DİM-in rəsmi feysbuk səhifəsindəki canlı yayımda Dövlət İmtahan Mərkəzinin Təşkilat şöbəsinin müdiri Azər Bağırov deyib. Onun sözlərinə görə, bəzi şagirdlər buraxılış imtahanlarındakı sual kitabçalarının şəklini çəkərək, sosial şəbəkələrdə paylaşıblar:

“Bu, ciddi qayda pozuntusudur. Bununla bağlı xüsusi orqanlara müraciət etmişik və bu halı kimlərin törətdiyi müəyyən olunub.

Belə hadisələrdən çəkinmək lazımdır. Sual kitabçalarının şəklini çəkib, yaymağa heç bir zərurət yoxdur. Əgər şagirdlər sualların tipi ilə tanış olmaq istəyirlərsə, nümunələr“Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. Üstəlik, imtahanlar bitdikdən sonra istifadə olunan tapşırıqlar izahları ilə bir yerdə ictimaiyyətə elan olunacaq”.

Qeyd edək ki, DİM tərəfindən buraxılış imtahanları bitdikdən sonra şagirdlərə sual kitabçalarının verilməsi qadağandır. Lakin bəzi şagirdlər imtahanlardan sonra sual kitabçalarını müxtəlif vasitələrlə sosial şəbəkələrdə yayıblar.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları