Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-11 14:25:00
Kimlərə  hərbi xidmətə çağırışdan möhlət verilir? - RƏSMİ CAVAB

Dünyanın bir çox ölkələrində təhsilini müvafiq səviyyələr üzrə davam etdirən şəxslərə hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.

Sözügedən sistem illərdir, Azərbaycanda da tətbiq olunur.

Bəs ölkəmizdə hansı səviyyələr üzrə təhsil alanlara hərbi xidmətə çağırışdan möhlət verilir?

AzEdu.az xəbər verir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa edilmiş dəyişikliyə əsasən, Azərbaycanda əyani təhsilalma formasında magistraturada, doktoranturada, eyni zamanda xarici ölkələrin təhsil müəssisələrində əyani təhsilalma formasında magistratura və doktorantura səviyyələrində təhsil alanlara təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət verilir.

Dəyişikliyə qədər isə Azərbaycanda ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək möhlət verilib.

Eyni zamanda xarici ölkələrin siyahısı Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət verilirdi.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları