Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-11 13:10:00
Məşhur futbolçu "Qarabağ"ı magistraturaya bənzətdi

"Nyu-York Kosmos"un futbolçusu Ansi Aqolli ötən ay ayrıldığı "Qarabağ"dakı vaxtlarından danışıb.

Qol.az-ın məlumatına görə, ABŞ klubunun saytına danışan alban müdafiəçi Ağdam təmsilçisində oynamağın onun üçün şərəf olduğunu deyib: "Mən bunu magistraturada oxumaqla müqayisə edərdim. Orada oynayaraq çox şey öyrəndim. Xüsusilə məşqçi və kapitandan. "Qarabağ"da biz hər şeyə sıfırdan başladıq, ildən-ilə yüksəldik. Çətin günləri xatırlayıram. Çünki adətən o vaxtlar daha çox öyrənirsən.

Mən "Qarabağ"da yaxşı anlar  yaşadım. Çempionluq, ilk Avropa Liqası, həmçinin Çempionlar Liqası - bu, tortun üstündə albalı kimidir. "Çelsi" və "Atletiko"ya qarşı oynamaq çox həyəcanlı idi".