Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-09 13:13:00
Ali məktəb-sənaye əməkdaşlığı

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Menecment kafedrasının müdiri, ”Layihə menecmenti”  fənninin müəllimi Arzu Hüseynin təşəbbüsü ilə  Dövlət Gömrük Komitəsinin Gömrük risklərinin İdarəolunması və Audit Baş İdarəsi Gömrük risklərinin Strateji təhlili şöbəsinin baş inspektoru Orxan Sultanovun adıçəkilən dərsdə iştirakı diqqətçəkən olub.

AzEdu.az  xəbər verir ki, ali məktəb-sənaye əməkdaşlığı çərçivəsində reallaşdırılan mühazirə saatında A..Hüseyn və O.Sultanov respublikamızda fəaliyyət göstərən şirkətlər, həyata keçirilən layihələrin idarəolunması, planlaşdırılması və maliyyələşdirilməsi məsələlərindən danışıblar. Mühazirəçilər, o cümlədən iqtisadi və maliyyə risklərinə aydınlıq gətiriblər, sabit və dəyişən xərclərlə bağlı tələbələri məlumatlandırılıblar. 

Dərslərin bu formatda təşkilinin davamlı olması qərara alınıb.