Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-09 10:43:00
“Bəzi oğlanlar hərbidən yayınmaq üçün xaricdə oxumaq istəyirlər, qızlara isə imkan verilmir” - Ekspert  

"Bəzi oğlanlar hərbi xidmətdən yayınmaq üçün xaricdə təhsili hədəf kimi seçirlər” 

Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev deyib. O, xaricdə təhsildə daha çox oğlanların üstünlük təşkil etdiyini bildirib:

“Xaricdə oxumaq istəyənlər arasında daha çox oğlanlar üstünlük təşkil edir. Bəzi valideynlər qız övladlarının xaricdə təhsil almasına qarşıdır. Çünki, valideynlər qorxduqları üçün qız övladlarının xaricdə təhsil almasını istəmirlər. Bəzi oğlanlar isə hərbi xidmətdən yayınmaq üçün xaricdə təhsili hədəf kimi seçirlər. 

Xaricdə oxumaq istəyən qızlar daha çox əyani təhsilə üstünlük verirlər. Əcnəbi universitetləri hədəfləyən qızlar distant təhsilə üstünlük vermirlər. Çünki, distant təhsil alanların diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır”. 

 Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev bildirib ki, əcnəbi universitetlərdə oxumaq istəyən qızların çoxusu əyani təhsilə üstünlük verirlər:

“Xaricdə təhsil almaq istəyənlər arasında daha çox xanımlar müraciət edir. Lakin, buna baxmayaraq xaricdə təhsildə oğlanlar daha çox üstünlük təşkil edir. Fikrimcə, xaricdə təhsil alan  qızların az olması birbaşa ölkədəki vəziyyətlə bağlıdır. Valideynlərin çoxu qız övladlarının yanında olmasını istəyir. Məhz buna görə də,  valideynlər qız övladlarının Azərbaycanda təhsil almasına üstünlük verirlər. Fikrimcə,Azərbaycanda da xaricdə təhsil alan qızlar üstünlük təşkil edəcək. Xarici ölkə universitetlərində oxumaq istəyən qızların çoxu əyani təhsilə üstünlük verirlər. Həmçinin, Ukrayna, Rusiya kimi ölkələrdə qızlar daha çox qiyabi təhsil alırlar. Əlavə olaraq onu da bildirim ki, qiyabi təhsil alanlar  daha çox müəyyən qurumlarda çalışan xanımlardır.Xaricdə təhsildə xanımlar ən çox Türkiyə, İtaliya, Almaniya kimi ölkələrə üstünlük verirlər”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları