Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-07 17:20:00
Almaniyada bakalavr dərəcəsində oxumağın inanılmaz üstünlükləri - Şərt və tələblər

Xarici  ölkələrdə təhsil almaq istər dünyagörüşünün formalaşması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir.

Hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə gənclər xaricdə oxumağı qarşılarına hədəf qoyurlar.

AzEdu.az bu dəfə Almaniyada  bakalavr dərəcində təhsil almaq istəyənlər üçün zəruri məlumatları təqdim edir:

Təhsil sistemində özünəməxsusluğu ilə fərqlənən ölkələrdən biri də Almaniyadır.Hazırda Almaniyanın ali məktəblərində 1,98 milyon tələbə təhsil alır. Almaniya universitetləri  əsasən tibb və texnologiya sahəsində məşhurdur.  Ölkədə təhsil alan tələbələrin 80%-i  tibb və texnologiya sahəsi üzrə təhsil alırlar.

Almaniyada təhsil almaq üçün hər universitetin fərqli tələbləri var. Əsas şərtlər isə sadədir: Almaniyaya bakalavr təhsili üçün gedənlərin Azərbaycanda ən azı birillik universitet təhsili olmalıdır. Məsələn, tələbə II kursdan artıq Almaniyada təhsil ala bilər. Magistr təhsili üçün isə bakalvr diplomu əsasdır.

Almaniyada bir tələbənin orta aylıq xərci isə 700-800 avro arasında dəyişir. Bu xərclərə ev, sığorta və qida xərcləri daxildir. Onu da qeyd edək ki, bu xərclər universitetin yerləşdiyi şəhərə görə dəyişir.Məsələn, Berlin kimi böyük şəhərlərdə kirayə evlərin qiyməti,yaşayış xərcləri digər kiçik şəhərlərlə müqayisədə adətən 100-200 avro bahadır.

Almaniya tələbələr həm ingilis, həm də Alman dilində təhsil ala bilərlər.  Təhsil almaq istədiyiniz dilə uyğun dil sertifatı isə mütləqdir.İngilis dilli təhsil üçün minimum 6. İELTS, yaxud TOEFL lazımdır. Tələbə Azərbaycanda ingiliscə təhsil alıbsa, bu haqda arayış da təqdim edə bilər.

Alman dilində təhsil üçün : DSH sertifikatı, yaxud Testdaf-a ehtiyac var. Dil sertifikatı olmayanlar onu Almaniyada kurs keçməklə də əldə edə bilər.

Qeyd edək ki, Almaniya universitetlərində oxuyan tələbələrin 70%-i tibb və texnologiya sahəsi üzrə təhsil alırlar.

Günel Yaşarqızı
Müəllifin digər yazıları