Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-07 14:00:00
Buraxılış və rezidentura imtahanları başa çatdı 

Bu gün Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı və rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib.

AzEdu.az xəbər verir ki, buraxılış imtahanında şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir.

11:00-da başlayan imtahan 3 saat davam edib.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda 63 imtahan mərkəzi təşkil edilib.

İmtahanların idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 189 imtahan rəhbəri, 2192 nəzarətçi‑müəllim, 207 buraxılışı təşkil edən əməkdaş, 63 bina nümayəndəsi ayrılıb.

Rezidenturaya qəbul imtahanı isə Bakı şəhərində 3 binada, Naxçıvan şəhərində isə 1 binada keçirilib.

İmtahan 2 saat 30 dəqiqə davam edib.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 14-dən 28-dək aparılıb. İmtahanda iştirak etmək üçün 930 namizəd ərizə təqdim edib. 

İmtahanın idarə olunmasına 9 imtahan rəhbəri, 86 nəzarətçi-müəllim cəlb olunub.