Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-06 14:10:00
Məşhur alimdən VACİB SÖZLƏR: “Əslində bütün xəstəliklər...”

Rusiyanın tanınmış professoru İvan Neumıvakin dəri xəstəliklərinin müalicəsində hidrogen peroksidin ciddi rolu olduğunu qeyd edib.

AzEdu.az xəbər verir ki, İ.Neumıvakin dərmanlar və ağır xəstəliklər barədə bütün stereotipləri sındıraraq sağlam həyat tərzi haqqında öz üsullarını təklif edir. Bu da təəccüblü deyil, çünki istedadlı həkim, tibb elmləri doktoru, professor, 200-dən çox elmi məqalənin müəllifidir.

Oxucuları mərhum professorun dəri xəstəliklərinin müalicəsi üçün hazırladığı unikal üsul ilə tanış edirik.

İvan Neumıvakin məruzələrindən birində bildirib ki, dəri xəstəlikləri limfaların çirklənməsi ilə bağlıdır:

"Dəri insanın ən böyük orqanıdır. Dəridə daxili orqanlarla birbaşa əlaqəsi olan bioloji aktiv nöqtələr var. Bədənin bütün kanalizasiya sistemi, daha doğrusu bütün tullantı maddələrin axdığı limfalar dərinin altında yerləşir.

 Əgər limfalar çirklənibsə, bu, dərhal dəriyə təsir edir və bioloji cəhətdən aktiv nöqtələrin daxili orqanlarla əlaqəsi azalır. Nəticə etibarı ilə bu da tənəffüs sisteminin, mədə, mədəaltı vəzinin işinin pozulmasına gətirib çıxarır. Maddələr mübadiləsi normal bir vəziyyətə düşməyənə qədər, dəri xəstəliklərini heç bir vasitə ilə sağaltmaq mümkün olmayacaq”.

Bir çox dəri xəstəliyinə qarşı mübarizədə İvan Pavloviç Neumıvakin hidrogen peroksid istifadəsini təklif edir. Bir çox tədqiqatlarında professor sübut edib ki, hidrogen peroksid orqanizmin bütün həyati proseslərini bərpa edir, həm də bir çox xəstəlikləri, xüsusilə sədəf xəstəliyini sağaldır.

Sübut olunmuş nəzəriyyəyə əsasən, psoriazın inkişafı bədəndə maddələr mübadiləsinin pozulması nəticəsində baş verir. Odur ki, xəstəliyin müalicəsi üçün hidrogen peroksidin istifadəsi ilə hərtərəfli təmizlənmə aparmaq lazımdır. Görkəmli alim hidrogen peroksidin müəyyən müddətlərdə, hər gün 3 dozada tətbiq edilməsini tövsiyə edir.

 1. Hidrogen peroksid qəbuluna minimal dozadan başlaya bilərsiniz, bir damcı 3 % peroksidi 2 xörək qaşığı suda həll edib için.

2. Bu, başlanğıc dozadır. Getdikcə preparatın miqdarını bir damcı artırmaq lazımdır. Yəni ikinci gün iki damcı peroksidi 2 xörək qaşığı su ilə qarışdırıb gündə üç dəfə için.

 3. Hidrogen peroksidin dozasını 10 damcı (hər dəfə iki qaşıq su ilə qarışdırmaq şərti ilə) olana qədər artırmaq lazımdır. Bu da o deməkdir ki, müalicənin 10-cu günü gündə 30 damcı peroksid qəbul etmək lazımdır. Bu, preparat qəbulunun maksimal həddidir.

4. On günlük hidrogen peroksid qəbulundan sonra müalicəyə bir həftəlik fasilə vermək lazımdır. Növbəti həftədə yenidən 10 damcı peroksid qəbul etməyə başlayın. Müalicənin effektivliyini artırmaq üçün eyni zamanda C vitamini qəbul etmək məsləhət görülür.

Hidrogen peroksidin bədənə fərdi dözümsüzlük istisna olmaqla, istifadəsinin heç bir əks göstərişi olmadığına diqqət edin. Dərmanı ehtiyatla istifadə edin, gözlərə təmasından qaçın, çünki peroksid onu yandıra bilər. İstifadədən əvvəl də, həkiminizlə məsləhətləşin.

 Həkim iddia edirdi ki, dəri xəstəliklərindən qurtarmaq istəyirsinizsə, sabun və şampun istifadə etməməlisiniz. Yalnız 72 % sabun istisnadır. Alimin sözlərinə görə, sabun istifadə edərkən biz dərinin qoruyucu təbəqəsini təmizləyirik və bu zaman müxtəlif sabunların tərkibinə daxil olan aromatizasiyalar və zərərli kimyəvi maddələr dəri üzərindəki limfaya daxil olaraq onu zəhərləndirir.

 Professor 72 faiz sabun və ya təbii sabunlardan istifadə etməyi məsləhət görür. Səhər və ya axşamları müntəzəm olaraq kontrast duş qəbul etməklə iki ay ərzində dərini sağlam və gözəl vəziyyətə qaytarmaq olar. (publika.az)