Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-06 12:51:00
Azərbaycanın 10 milyonuncu sakininin ata və anası - polis və müəllimdir

Xəbər verdiyimiz kimi, aprelin 6-da keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. 

AzEdu.az xəbər verir ki, unikal.org Azərbaycanın 10 milyonuncu sakini dünyaya gələn körpənin ailəsinin kimliyini araşdırıb. Məlum olub ki, Həsənov Rauf Yunis oğlu Ağdam rayonunun Baş Güneytəpə kəndində anadan olub. Rauf Həsənov hazırda Bakıda polis əməkdaşıdır. Nigar Orucova isə Abşeronda məktəblərin birində müəllim kimi çalışır. 

Ailə Abşeron rayonu Sulutəpə qəsəbəsində məskunlaşıb.