Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-05 15:35:00
AMEA institutu ilə ANS arasındakı məhkəmə prosesi təxirə salındı: “Daha təngə gəlmişik”  

ANS  şirkətlər qrupu  fəaliyyətini 2016-cı ilin yayında dayandırıb.Lakin, onun yerləşdiyi məkanla bağlı problemlər hələ də qalmaqdadır.

Belə ki, ANS AMEA-nınZoologiya İnstitutuna məxsus binada  fəaliyyət göstərirdi.Bağlandıqdan sonra isə orada olan avadanlıq və texnikasını götürməyib.

Bu barədə mətbuatda da ara-sıra yazılara rast gəlinib. Məsələnin hətta məhkəmə səviyyəsinə varması da hər kəsə məlumdur.

Bəs, şirkətlə institut arasındakı bu məsələ nə ilə sonuclandı?

Zoologiya İnstitutunun direktoru Elman Yusifovun AzEdu.az-a verdiyi məlumata görə, 

“Həmin sahənin min kvadrat metri üç nazirlik tərəfindən möhürlənib.Digər min kvadrat metr  isə ANS tərəfindən zəbt edilib.İki ildən çoxdur ki, biz onları həmin sahədən çıxara bilmirik. Artıq, onların əmlaklarının qoruyucusuna çevrilmişik.

Dəfələrlə məktub yazıb müraciət etmişik. Lakin, keçmiş ANS rəhbərliyi bizə hədə-qorxu gələrək, polisə müraciət edib.

İki ilə yaxındır ki, ANS-ləDövlət Əmlak Komitəsi arasında bağlanmış müqavilə ləğv edilib və Daxili İşlər Nazirliyinin qərarına əsasən keçmiş ANS həmin əraziləri tərk etməlidir.ANS isə bundan bəhanələr gətirərək imtina edir.

Bu mövzu bizi təngə gətirib.İqtisad Məhkəməsinə müraciət etmişik.Məhkəmə prosesi bu gün baş tutub.Lakin, ANS rəhbərliyi məhkəməyə gəlməyib.Buna görə də, proses ayın 25-nə qalıb”.

Qeyd edək ki,18 iyul 2016-cı ildən etibarən kanalın yayımı dayandırıb.

Şükufə Süleymanlı