Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-05 14:50:00
"Xaricdə yalnız attestatla dil kurslarına qəbul mümkündür, universitetlərə yox" - Ekspert

“Dil sertifikatı və ya hazırlıq keçmədən yalnız attestatla  xarici ölkə universitetlərində bakalavr  dərəcəsinə qəbul olmaq mümkün deyil”.

Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev deyib. O, dil hazırlığının  bakalavr təhsilinin tərkib  hissəsi olmadığını vurğulayıb:

“Dil hazırlığında təhsil alanlar bakalavr dərəcəsində oxumadıqları üçün onlara  hərbi xidmətdən möhlət hüququ verilmir. Amma onu da qeyd edim ki, bütün xarici ölkə universitetləri əcnəbi tələbələri  attestatla-imtahansız qəbul edir.Ümumiyyətlə, xaricdə oxumaq  istəyən gənclər  təhsil aldıqları ölkənin dilini bilməlidir. Çünki dil biliyi olmayan  tələbələr təhsilin ali səviyyəsində oxuya bilməz. Məhz ona görə, xarici ölkə universitetlərində təhsil almaq istəyən gənclərin dil sertifikatı olmalı  və ya hazırlıqdan keçməlidirlər. Çünki, universitet orta məktəb deyil ki, əlifbanı öyrətsin...

Həsən Əliyev  bildirib ki, xarici ölkə universitetlərinə attestatla daxil olmağın digər qəbullardan heç bir fərqi yoxdur:

“Dünyanın bütün ölkələrində imtahan verərək attestat əldə edilir. Xarici universitetlər yerli tələbəni əcnəbidən seçmək üçün attestatla qəbul prosesi aparır. Azərbaycanlı abituriyent ali məktəbə qəbul olması üçün DİM imtahanından  uğurla keçməlidir.  Amma Afrikalı tələbə isə DİM imtahanında iştirak etmədən Azərbaycan universitetlərində təhsil ala bilər.Yəni əcnəbi tələbələr attestat qiymətlərinin nəticələri ilə  Azərbaycan universitetlərində təhsil alır. Dünya universitetlərinin  90%-i  tələbəni attestatla qəbul edir. Çünki, yerli imtahanı beynəlxalq tələbənin uğurla verməsi qeyri-mümkündür. Amma bəzi top universitetləri var ki,  beynəlxalq imtahan nəticəsi ilə tələbələri qəbul edir. Xarici ölkə universitetlərinə attestatla daxil olmağın digər qəbullardan heç bir fərqi yoxdur”.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları