Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-04 15:52:00
Valideyn uşağın məktəbəhazırlıq mərhələsində oxuduğu məktəbi necə dəyişə bilər? – Çox verilən sual  

I sinfə elektron sistem vasitəsilə şagird qəbulu davam edir. Sistem istifadəçini addımbaaddım izləsə də, valideynlərin sualları bitmək bilmir.

AzEdu.az ən çox verilən sualları ətraflı cavablamaqda davam edir.

Belə suallardan biri də övladı məktəbəhazırlıq qruplarında təhsil almış valideynlərə məxsusdur:

Sual:

-Övladım məktəbəhazırlıq qrupunda təhsil alıb. Amma hələ elektron ərizəni məktəbə təqdim etməyib. Onu yenidən başqa məktəb üzrə qeydiyyatdan keçirə bilərəm?

Cavab:

-Bəli. Öncə qeyd edək ki, 2019-2020-ci illərdə məktəbəhazırlıq qruplarında təhsil almış azyaşlılar üçün heç bir xüsusi qeydiyyat tələb olunmur. Onların sorğusu artıq sistemdə avtomatik yerləşdirilib və nəticələri məlumdur. Belə valideynlər yalnız sistemə daxil olaraq elektron ərizəni çap etməli və qəbul olunduqları məktəbə təqdim etməlidirlər. Bu azyaşlılar avtomatik olaraq məktəbəhazırlıq keçdikləri məktəbə və müəllimin sinfinə qəbul olunurlar.

Amma əgər valideyn həmin məktəbi və ya müəllimi istəmirsə, imtina etmək hüququna sahibdir. Bu zaman valideyn sistemə daxil olmalı, məktəbəhazırlıq keçdiyi məktəbə və müəllimin sinfinə yerləşdirilən sorğunu ləğv etməlidir. Ləğv etdikdən sonra istədiyi məktəb və sinfi seçmək hüququna sahibdir. Təbii ki, əgər ərizəni məktəbə təqdim etməyibsə.

Qeyd edək ki, valideyn elektron ərizənin çap variantını sentyabrın 15-nə qədər məktəbə təqdim edə bilər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları