Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-04 15:22:00
I ixtisas qrupu üzrə minimal müsabiqə şərtləri - RƏSMİ  

Xəbər verdiyimiz kimi, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu martın 15-dən aprelin 15-dək davam edəcək

Yaz qəbul imtahanlarının isə mayda keçirilməsi nəzərdə tutulub. 

Bu gündən AzEdu.az-da abituriyentlərə kömək məqsədilə ixtisas qrupları üzrə minimal müsabiqə şərtləri ayrı-ayrılıqda dərc ediləcək. 

AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən, I ixtisas qrupu üzrə müsabiqə şərtlərini diqqətə çatdırır: 

Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır; 

Riyaziyyat”, “Fizika”, “Kompüter elmləri”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geologiya”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır; 

Dövlət ali təhsil müəssisələrinin (“ADA”Universiteti, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlərburaxılır;

 
   

Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlərüzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

 

Torpaqşünaslıq və aqrokimya

Azərbaycan Dövlət Aqrar Universiteti

Lənkəran Dövlət Universiteti

Meşəçilik

Lənkəran Dövlət Universiteti Qərbi Kaspi Universiteti

Aqronomluq

Lənkəran Dövlət Universiteti

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi

Naxçıvan Dövlət Universiteti

 

Texnologiya müəllimliyi

Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti Lənkəran Dövlət Universiteti

Nəqliyyatda daşımaların və

idarəetmənin təşkili mühəndisliyi

 

Azərbaycan Texnologiya Universiteti

Meşə materiallarının və ağac emalının

texnologiyası mühəndisliyi

 

Qərbi Kaspi Universiteti

 

Çoxişlənən malların texnologiyası

mühəndisliyi

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Mingəçevir Dövlət Universiteti

 

 

İstehlak mallarının ekspertizası və marketinqi

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Qərbi Kaspi Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti

Poliqrafiya mühəndisliyi

Qərbi Kaspi Universiteti

Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqromühəndislik", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisasları və Naxçıvan Dövlət Universitetinin "Torpaqşünaslıq və aqrokimya" ixtisası üzrə ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanı 28 apreldə, I və IV ixtisas qrupları üzrə yaz qəbul imtahanları 12 mayda, I və IV ixtisas qrupları üzrə yay qəbul imtahanıları isə 23 iyunda keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları