Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-04 13:38:00
“Azərbaycanla Gürcüstan birgə universitet yarada bilər” - Komitə sədri    

“Azərbaycan və Gürcüstan birgə universitet yarada bilər. Belə bir ali məktəbin yaradılması istiqamətində iki ölkə arasında müzakirələr aparılır”.

 AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Saqareco rayonunda yerli azərbaycanlılarla görüşündə deyib. 

Komitə sədri bu məsələnin Gürcüstana səfəri çərçivəsində keçirdiyi rəsmi görüşlərdə nəzərdən keçirildiyini bildirib.

"Bəzi ölkələrin birgə universitet təsis etmək təcrübəsi var. Gürcüstanda və Azərbaycanda təhsil sahəsində islahatlar həyata keçirilir. İnanıram ki, Azərbaycan-Gürcüstan birgə ali məktəbin yaradılmasına dair danışıqlar müsbət nəticələnəcək".