Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-04 12:08:32
Məktəblər şagirdlərdən buraxılış vərəqəsi üçün pul almalıdır? – DİM-dən qəti cavab  

Son günlərdə redaksiyamıza bəzi məktəblərdə şagirdlərdən imtahana buraxılış vərəqəsinin verilməsi üçün pul tələb olunduğuna dair şikayətlər daxil olub.

Şagirdlər qeyd edir ki, buraxılış imtahanlarında iştirak etmək üçün sözügedən vərəqənin verilməsinə görə onlardan müəyyən məbləğdə pul tələb edirlər.

Məsələyləbağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, hər şagird buraxılış vərəqəsini özü heç bir ödəniş etmədən çap edə bilər.

Bunun üçün dim.gov.az saytına daxil olub “İmtahana buraxılış vərəqəsi”bölməsinə daxil olmaq lazımdır.

Bir sözlə, buraxılış vərəqəsinin verilməsi tamamilə pulsuzdur və buna görə şagirddən heç bir ödəniş tələb oluna bilməz.

Qeyd edək ki, 7 apreldəBakı, Şirvan şəhərlərində və Naxçıvan MR-də XI illik bazada keçiriləcək buraxılış imtahanına buraxılış vərəqəsini aşağıda qeyd olunan linkdən çap etmək olar:

https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları