Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-03 16:00:00
Aprel ayında keçiriləcək imtahanlar və sənəd qəbulları – TƏQVİM  

Dövlət İmtahan Mərkəzi  2019-cu ildə keçiriləcək bir neçə imtahanın  dəqiq tarixini elan edib.

AzEdu.az çoxsaylı sualları nəzərə alaraq DİM-in rəsmi saytına istinadən aprel ərzində keçiriləcək imtahan və tədbirlərin təqvimini təqdim edir.

15 mart - 15 aprel - Ali təhsili müəssisələrinə elektron sənəd qəbulu;

15 mart - 15 aprel – Orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu;

7 aprel - Buraxılış imtahanları, tam orta (11 illik) təhsil bazasında, 1-ci istiqamət;

7 aprel – Rezidenturaya qəbul imtahanı, 1-ci mərhələ;

14 aprel - Buraxılış imtahanları, tam orta (11 illik) təhsil bazasında, 2-ci istiqamət;

16 aprel - Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı;

21 aprel – Buraxılış imtahanı, tam orta təhsil bazasında, 3-cü istiqamət;

21 aprel – İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanı (B növü);

26 aprel - Magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların ərizələrinin onlayn qəbulu (II mərhələ);

28 aprel - Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı;

28 aprel - 11-ci sinif cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

28 aprel - Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

28 aprel - Buraxılış imtahanları, tam orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün);

28 aprel - Orta ixtisas təhsil müəssisələrinə tam (11 illik) orta təhsil bazasında qəbul imtahanı (əvvəlki illərin məzunları);

28 aprel - Əvvəlki illərin məzunları üçün qəbul imtahanı,  I-IV ixtisas qrupları üzrə I mərhələ və V qrup üzrə.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları