Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-03 14:21:16
Prorektor: “Gələcəkdə xaricdə bu sahə üzrə də məşhur elm adamlarımız olacaq, amma əvvəlcə...”  -  TƏKLİF  

“Orta ümumi təhsil müəssisələrində şagirdlərin ictimai və humanitar elmlərə marağının artırılması məktəblərin təyinatının son illərdə qruplaşdırılması ilə mümkündür. Bir çox ölkələrdə orta təhsilin son mərhələsində siniflər dəqiq və ictimai-humanitar elmlər olaraq ayrılır və dərslər də bu istiqamətdə fərqləndirilir” – Elçin Süleymanov

Bu sözlər Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanova aiddir. Elçin Süleymanov AzEdu.az-a açıqlaması zamanı bildirib ki,  xaricdəki elm adamlarımızın əksəriyyətinin dəqiq elmlərdən olmasının iki əsas səbəbi var:

“Birincisi, Sovet dövründə dəqiq elmlər çox yüksək səviyyədə tədris olunurdu, xüsusilə Rusiyada. Elmi texniki inkişaf və internet imkanlarının zəif olduğu illərdə fizika və riyaziyyatda ən güclü məktəblər məhz sovet təhsil sistemindəkilər hesab edilirdi. Bunun obyektiv və subyektiv səbəbləri çox olsa da, onlardan biri orta məktəblərdə dəqiq elmlərin tədrisinin güclü olması və ali təhsildə bu sahəyə tədqiqat üçün böyük vəsaitlərin ayrılması idi”.

“Dəqiq elmlər sahəsində uğur qazanmaq üçün aparıcı xarici dilləri zəif bilmək çox da əngəl törətmir”.

Prorektor fikrinə aydınlıq gətirir: “Çünki burada formullar, rəqəmlər çox, sözlər isə daha azdır.Bu səbəblə,elm adamlarımız başda Türkiyə olmaqla dünyanın müxtəlif ölkələrində Azərbaycanı elmi tədqiqatlarla və ali təhsil qurumlarında daha çox dəqiq elmlər istiqamətində təmsil edirlər.Düzdür, ictimai və humanitar elm sahələrindən də az sayda nümayəndələrimiz var, amma bu, müqayisədə azdır ”.

Prorektorun sözlərinə görə, son illərə qədər iqtisadiyyatın və sosial rifahın inkişafının dəqiq elmlər sayəsində olacağı və bu elm təmsilçilərinin daha yaxşı karyera imkanları əldə edəcəyi qəbul edilirdi. E.Süleymanov qeyd edir ki, məhz buna görə təhsilalanlar əsas diqqəti dəqiq elmlərə yönəldirdilər:

“Bu, xüsusilə tibb və kompüter sahəsində bugün də aktualdır. Amma tədricən ictimai və humanitar elmlər də aktuallıq qazanır.Son illərdə maliyyə və xidmət sahələrinin inkişafı sənayeni qabaqlamaqdadır.Eyni zamanda insanların maddi rifahının inkişafı özü ilə yanaşı psixologiya,hüquq, ictimaiyyətlə əlaqələr kimi sahələrin də inkişafına təkan verib. Həmçinin, bunlarla yanaşı digər ictimai və humanitar sahələr də populyarlaşmaqda davam edir. Hesab edirəm, orta təhsil pilləsində bu sahəyə maraq hər gün artır. Eyni zamanda dəqiq elmlər yeni nəsləgetdikcə daha çətin görünür.Artıq bir çox inkişaf etmiş ölkələrdə həkim və ya kompüter mütəxəssisi qıtlığı yarandığı üçün bu mütəxəssislər xarici ölkələrdən dəvət olunur”.

“İctimai və humanitar elmlərə marağın artırılması orta məktəb şagirdlərinin təyinatının son illərdə qruplaşdırılması ilə mümkündür”.

Prorektor bildirir ki, bir çox ölkələrdə orta təhsilin son mərhələsində siniflər dəqiq və ictimai-humanitar elmlər olaraq ayrılır və dərslər də bu istiqamətdə fərqləndirilir.

“Ona görə də dəqiq elmlərə marağı olmayanlar ictimai və humanitar elmləri, bu elmlərə marağı olmayanlarsa dəqiq elmləri daha dərindən öyrənir.Ona görə də orta məktəbdən başlayaraq baza daha güclü olarsa, ali təhsildə bu daha da inkişaf etdiriləbilər.

Eyni zamanda daha az yaşlarda uşaqlara müzakirə və debat mədəniyyəti aşılanmalıdır.Fikirlərini sərbəst ifadə etmək və kollektivdə özünü təqdimetmə bacarığı ibtidai təhsildə verilməlidir.İbtidai və orta təhsil sistemində bu bacarıqların əsasıqoyularsa və xarici dil tədrisi intensivləşdirilərsə, düşünürəm ki, gələcəkdə xaricdə bu sahə üzrə də məşhur elm adamlarımız olacaq”.