Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-03 11:15:00
Riyaziyyat müəllimləri şagirdlər üçün ödənişsiz dərslər keçəcəklər – ELAN  

Şagirdlər üçün ödəniş dərslərə start verilib.

AzEdu.azxəbərbildirir ki, dərslərdə VII, IX, X sinif şagirdləri iştirak edə bilərlər.

Riyaziyyat və Tarix fənləri üzrə təşkil olunacaq dərslər 25 aprel-25 may tarixlərini əhatə edəcək.

Dərslər yeni tədris proqramı (kurikulum) əsasında hazırlanan testlərin izahı, situasiya tipli testlərin mənimsədilməsi, qurma məsələlərinin praktiki üsulla izahından ibarətdir.

Riyaziyyat fənnini gənc müəllim Əliyar Nuriyev, Tarixi isə Vüsal Qafarov tədris edəcək.

Ödənişsiz hazırlıq dərslərinə yazılmaq üçün son qeydiyyat tarixi 20 apreldir.

Riyaziyyat üzrə qeydiyyatdan keçmək üçün 077 399 99 66, Tarix üzrə isə 055 552 56 43 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Dərslər Nərimanov metrostansiyası yaxınlığında baş tutacaq.