Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-03 10:30:00
Pedaqoji təhsili olmayanın məktəbdə nə işi?! – Ekspertlərdən sərt reaksiya  

Azərbaycanda pedaqoji təhsili olmayanlar da, ümumtəhsil müəssisələrində müəllimliyə cəlb oluna bilər. Həmin qayda “Təhsil haqqında” qanuna edilən dəyişiklərdə öz əksini tapıb. Müəllim olmaq istəyən şəxslərin “Müəllimlərin işə qəbulu” imtahanı verməsi isə vacib şərtdir.

AzEdu.azməsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Təhsil eksperti Etibar Əliyev bu qanun layihəsinin qəti  əleyhinədir.

“Hər hansı şəxsin yalnız müəllimlərin işə qəbulu üzrə müsabiqədən keçərək, pedaqoji fəaliyyət göstərməsi düzgün deyil.Bunu ciddi hesab etmək olmaz.

Dünya təcrübəsində də, görürük ki, müəllim işləmək istəyən şəxsin mütləq pedaqoji təhsili olmalıdır.Bundan sonra isə, təkmilləşmələrə cəlb olunurlar.Sonra isə müəllim olaraq öz karyeralarına başlayırlar.

Fərz edək ki, texniki profilli universiteti bitirən sonradan  gəlib tarixçi olur. Texniki fənləri bitirən insanlara psixologiya və pedaqogika kimi fənlər tədris olunmadığı üçün müəllim işinin dərinliyinə vara bilmirlər.

Hazırda Pedaqoji Universitetin tələbələrinin aldığı təhsil belə şübhə altındadı. Onlar MİQ imtahanından kəsilirlər. Digər ixtisaslar burda necə uğur əldə edə bilər?!”

Uzun illərdir pedaqoji fəaliyyətlə məşğul olan təhsil eksperti Allahverdi EminovSovet dövründə olan pedaqoji fəaliyyətdən söz açıb:

“Sovet dövründəMüəllimlərin ixtisasartırma İnstitutu var idi.Burada hər hansı müəllim ixtisası olan şəxs bir müddət oxuyaraq öz pedaqoji profilini dəyişir və fəaliyyətinə o istiqamətdə davam edirdi.

Həmin universitet 80 il fəaliyyət göstərdi və sonra müəllimlər yavaş-yavaş uzaqlaşdılar və oranın istiqaməti dəyişdi.

Hazırda isə bu tip universitet olmadığına görə təhsil sahəsində özbaşınalıqlar yarandı.

Şükufə Süleymanlı