Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-02 18:18:07
Uşaq bağçasında kütləvi zəhərlənmə 

Gürcüstanın Telavi rayonunun Buşeti kəndində uşaq bağçasında 20-dən çox uşaq zəhərlənib.

AzEdu.az “Report”a istinadən məlumat verir ki, onlardan 13-ü intoksikasiya diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib.

Zəhərlənmənin səbəbi hələ məlum deyil. Uşaqların içməli sudan zəhərləndiyi ehtimal olunur.

Bağça müvəqqəti olaraq bağlanıb. Gürcüstanın Milli Qida Agentliyinin əməkdaşları müəssisədə araşdırma aparırlar.