Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-02 13:38:47
Komitə sədri Gürcüstanda təhsil alan ahıska türkləri ilə görüş olub - FOTO

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Tbilisidə Azərbaycan vətəndaşı olan və Gürcüstanda ali təhsil alan ahıska türkləri ilə görüşüb.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə 50-yə yaxın ahıska türkü, Dünya Ahıska Türkləri Birliyinin rəhbərliyi və digər rəsmi şəxslər iştirak ediblər.

Fuad Muradov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrdə yaşayan və təhsil alan Azərbaycan vətəndaşlarina, eləcə də azərbaycanlılara daim diqqət və qayğı göstərir. Bugünkü görüş də məhz həmin siyasətin tərkib hissəsidir. Məqsədimiz Gürcüstanda təhsil alan və Azərbaycan vətəndaşı olan ahıska türklərinin problemləri ilə maraqlanıb, onlara yardım göstərməkdir.

Sonra tələbələr onları maraqlandıran məsələlərdən danışıblar.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Türkiyənin səfiri Fatma Geren Yazgen, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov çıxış edərək ahıska türklərinin təhsil problemləri, regiondakı vəziyyət və s. məsələlər barədə fikirlərini bölüşüb, tələbələrə tövsiyələrini veriblər.

Komitə sədri Fuad Muradov Gürcüstan hökumətinin bu ölkədə təhsil alan Azərbaycan vətəndaşları, ahıska türkləri və azərbaycanlılara göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib.