Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-01 10:05:55
Ali məktəblərə qəbul olunmaq üçün 40 mindən çox abituriyent ərizəsini təsdiqlədi - Durmadan artan rəqəmlər

Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə ümumilikdə, 42.466 nəfər ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Ərizəsini təsdiq edənlərin arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir.

Azərbaycan bölməsində:

I ixtisas qrupu üzrə 14.985, rus bölməsi üzrə isə 1532 nəfər;

II ixtisas qrupu üzrə  7909, rus bölməsi üzrə isə 951 nəfər;

III ixtisas qrupu üzrə 12.525, rus bölməsi üzrə 974 nəfər;

IV ixtisas qrupu üzrə 2881, rus bölməsi üzrə isə 323 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ümumilikdə 27.805 nəfər ərizəsini təsdiqləyib.

Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 327 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları