Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-30 16:48:00
Zooloji Muzeydə məktəblilər üçün “açıq qapı” günü təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeydə Bakı şəhəri 38 nömrəli tam orta məktəbin şagirdləri üçün “açıq qapı” günü təşkil olunub.

Muzeydən AzEdu.az-a bildirilib ki, şagirdlər muzeyin fonduna daxil olan və onurğalı heyvanların müxtəlif siniflərinə (balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər) aid növlərin müasir populyasiya vəziyyəti, təbiətdə sayı, yayılması, onların ekoloji xüsusiyyətləri haqqında məlumatlandırılıb.

“Açıq qapı” günü çərçivəsində məktəblilərə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən nadir və nəsli kəsilməkdə olan növlərin qorunması istiqamətində görülən işlər barədə də məlumat verilib.

Sonda şagirdlərə Azərbaycan faunasına həsr olunmuş kitabçalar paylanılıb.