Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-30 13:13:00
Aprelin ilk yarısına qədər keçiriləcək imtahan və tədbirlərin tarixləri - TƏQVİM

Dövlət İmtahan Mərkəzi  2019-cu ildə keçiriləcək bir neçə imtahanın  dəqiq tarixini elan edib.

AzEdu.az çoxsaylı sualları nəzərə alaraq DİM-in rəsmi saytına istinadən aprelin ortalarına qədər keçiriləcək imtahan və tədbirlərin təqvimini təqdim edir.

15 mart - 15 aprel - Ali və orta ixtisas təhsili müəssisələrinə elektron sənəd qəbulu;

31 mart- Əvvəlki ilin məzunları üçün orta ixtisas təhsil müəssisələrinə 9 illik bazada qəbul imtahanı, I mərhələ;

31 mart - 9-cu sinif cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

 31 mart - Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı, I mərhələ;

31 mart - Əvvəlki illərin məzunları və eksternat qaydada imtahan verənlər üçün buraxılış imtahanlarının I mərhələsi keçiriləcək.

1 aprel - Rezidenturaya qəbul imtahanına buraxılış vərəqəsinin çap edilməsi (I mərhələ);

7 aprel - Buraxılış imtahanları - Tam orta (11 illik) təhsil bazasında, 1-ci istiqamət;

7 aprel - Rezidenturaya QƏBUL İMTAHANI, 1-ci mərhələ;

14 aprel - Buraxılış imtahanları-Tam orta (11 illik) təhsil bazasında, 2-ci istiqamət;

16 aprel - Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları