Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-30 10:09:00
Bu gün Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər imtahan verir

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirilir.

AzEdu.az xəbər verir ki, namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 250  nəfər qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlayıb və 3 saat davam edəcək.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunur.

İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunacaq.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.