XƏBƏRLƏR

29.03.2019 17:05
Ekspert: “Türkiyədəki bu universitetlərdən alınan diplomlar Azərbaycanda tanınmır” - MÜSAHİBƏ  

Rəşad Abbasov:“Türkiyə universitetlərinə sadəcə, attestatla qəbul mümkündür”

Bu sözləri AzEdu.az-a “Vision Academy”  Tədris Mərkəzinin Türkiyədə təhsil üzrə mütəxəssisi Rəşad Abbasov deyir:

Rəşad bəylə geniş müsahibəni təqdim edirik: 

-Rəşad bəy, əvvəlcə Türkiyədə təhsilinəcnəbi tələbələrə qazandırdığı üstünlükləri haqqında danışasınız…

-Xaricdə təhsil almağın üstünlükləri o qədər çoxdur ki...  İlk növbədə bildirim ki, xaricdə təhsil bir fərd üçün çox yaxşı həyat təcrübəsidir.  Çünki, orada valideyn və yaxınlarının dəstəyini ən yaxşı halda maddi olaraq hiss etmək mümkündür.  Amma  bir çox tələbə də var ki, bəzən bu dəstəyi də görmür. Yəni, bəzi xaricdə təhsil alan tələbələr xərclərini işləyərək ödəyirlər.  Həmçinin, xaricdə təhsil alan tələbələr vaxt bölgülərini bölüşdürməkdə də sərbəstdirlər. Eyni zamanda, onlar dost seçimində  də azaddır. Ümumiyyətlə, gənclər xaricdə təhsil almaqla daha çox əcnəbi  insanları tanımalı olurlar.

Türkiyədə təhsilin keyfiyyəti regiondaki digər ölkələrdən daha üstündür.Məhz ona görə də gənclər orada təhsil almaqla savadlı gənc kimi yetişmə şansına malikdirlər. Türkiyənin bəzi universitetlərində Avropa ölkələri ilə “Erasmus” tələbə proqramı var.  Tələbələr “Erasmus” proqramından faydalanaraq, Avropa təcrübəsini də  yaşamış olurlar. Digər ölkələrlə müqayisə də Türkiyə universitetlərində təhsil haqqı daha münasibdir.Region ölkələri ilə müqayisədə Türkiyədə yaşayış xərcləri daha ucuzdur. Ölkənin top 10 universitetləri  Avropada ciddi rəğbət görən ali təhsil müəssisələri arasındadır.

-Türkiyə universitetlərində  təhsil haqqının digər ölkələrdə müqayisədə münasib qiymətə olduğunuzu vurğuladınız. Bəs, Türkiyə universitetlərində minimum və maksimum təhsil haqqı nə qədərdir?

-Türkiyə universitetlərində minimum təhsil haqqı 200 AZN, maksimum isə  3000 AZN-dir. Amma Türkiyə universitetlərində  tibb sahəsi üzrə maksimum təhsil haqqı təxminən 10000 AZN-dir. Ümumiyyətlə, Türkiyə universitetlərində  ortalama təhsil haqqı 200-900 AZN arasındadır. Özəl universitetlərdə isə minimum təhsil haqqı 5000 AZN-dən başlayır.

- Türkiyə universitetlərində  ödənişsiz əsaslarda təhsil almaq  üçün nə tələb olunur?

-Türkiyədə ödənişsiz təhsil  üçün rəsmi qayda da Türkiyə burslarına müraciət etmək lazımdır. Dünyanın müxtəlif ölkələrindən Türkiyə burslarına müraciət etməklə ödənişsiz ali  təhsil almaq mümkündür. Burslara müraciət edənlər isə adətən  yanvar-fevral aylarında olur. Müsahibədən uğurla keçən tələbələr təhsil haqqından azaddırlar. Həmçinin, tələbələrin yataqxana xərcləri qarşılanmaqla  həm də ayda ən azı 300 azn təqaüddə alırlar.  Eyni zamanda, Türkiyəyə  ildə 1 dəfə gediş-gəliş xərcləri də   qurum tərəfindən qarşılanır. Amma Türkiyənin bəzi universitetlərində tələbələrin akademik göstəricilərinə görə  verilən  daxili təqaüd proqramları da mövcuddur. Onu da bildirim ki, “SOCAR” və “Palmalı” şirkətlər qrupuda 100-dən çox tələbəmizin təhsildəki uğurlarına görə burs verir. Tələbələrə verilən burs təhsil haqqından azad etməsədə  amma onların dərslərinə daha ciddi yanaşmasına köməkçi olur. 

-Türkiyə burslarına seçilmək üçün yaş həddi var?

-Türkiyəbursların seçilmək üçün bakalavr yaş həddi  21, magistratura  30, doktorantura isə 35-dir.

-Rəşad bəy,  Türkiyə universitetlərinə attestatla qəbul qaydalarından da danışaq…

-İlk növbədə bildirim ki, Türkiyə universitetlərində sadəcə, attestatla qəbul mümkündür.  Türkiyənin təxminən 30-a yaxın universitetləri sadəcə attestat qiymətləri ilə tələbə qəbulu edir. Amma türkcəsi yetərli səviyyədə olmayan tələbələr 1 il hazırlıq götürürlər. Məhz buda təhsilin bir tərkib hissəsi sayılır. Sadəcə, bəzi  xaricdə təhsil şirkətləri  gəncləri  bu barədə məlumatlandırmır. Daha sonra isə  tələbələrin narazılığına səbəb olur. Çünki, Türkiyə universitetlərində  təhsil haqqı 300-1500 Tl-dirsə, hazırlıq qruplarında isə ən azı 3000 tl-dən başlayır.

-Bəs, Türkiyə universitetlərində ingilis dilində tədris olunan proqramlarda yalnız attestatla təhsil almaq mümkündür?

-Türkiyə universitetlərində İngiliscə tədris olunan proqramlarda attestatla qəbula çox az rast gəlinir. Çünki,  attestatla qəbul edən universitetlər kiçik və orta səviyyəli şəhərlərdə olur. Orada isə ingiliscə proqramlar çox azdır və ya heç mövcud deyil. Bu cür təhsil almağı hədəfləyən gənclər Ankarada yerləşən Yıldırım Bəyazit Universitetinə müraciət edə bilərlər.

- Maraqlıdır, Türkiyədə elə universitet varmı ki, orada dil sertifikatı tələb olunmadığı müddətdə  təhsil almaq qeyri-mümkün olsun?

-Xeyr… Türk dili sertifikatı olmayan tələbələr 1 il universitetin TÖMƏR hazırlıq kursundan keçməlidirlər. Əlbəttə ki, təhsilin magistr dərəcəsi istisnadır. Türkiyədə bəzi universitetlər türk dili bəlgəsi olmadan tələbənin qeydiyyatını aparmırlar.Buna nümunə kimi  Anadolu Universitetini bildirə bilərəm. Əslində universitetlər bakalavr dərəcəsində 1 il əlavə  TÖMƏR təhsili verməkdə maraqlıdırlar. Məhz buna səbəb isə universitetin büdcəsinə daha çox vəuzun müddətdə pul qazandırmaqdır.

- Türkiyədə gənclərə tövsiyə etmədiyiniz universitetlər hansıdır?

-Bu kimi məsələlərə baxış bucağım fərqlidir.Türkiyənin universitetlərinə pis demək doğru olmaz.  Çünki, Türkiyənin təhsil təcrübəsi çox ölkə üçün nümunə ola bilər. Türkiyə universitetləri daha çox akademik heyətinə görə deyil,  cari ildə yazdıqları məqalə sayına görə sıralanır. Türkiyədə yaranan yeni universitetlərin bu mənada geridə qalması normaldır. Türkiyənin  əyalət universitetləri də zamanla nüfuzlu ali təhsil müəssisələrindən olacaq. Türkiyədə təhsil almaq istəyən gənclərə tövsiyəm odur ki,  YÖS, SAT imtahanına hazırlaşaraq daha köklü  universitetlərdə təhsil alsınlar.

-Türkiyədə təhsil almaq istəyən gənclər ən çox hansı universitet və ixtisaslara üz  tuturlar?

-Bu müxtəlif ölkələrdən gələn tələbələrə  görə fərqlənir. Məsələn, Suriya və İraq vətəndaşları daha çox mühəndislik ixtisasında təhsil almağı hədəfləyir.  Azərbaycanlılar isə  iqtisad, menecment, turizm, psixologiya  sahələrində təhsil almağa üstünlük verirlər. Digərləri qurmaq və yaratmağı tərcih edir, bizimkilər isə pul qazanmağın yollarını necə  olduğunu düşünürlər.

Tələbələrin  ən çox seçdiyi ali təhsil müəssisələri isə  İstanbul Universiteti, Ankara Universiteti və Hacəttəpə Universitetidir. 

-Bir  mütəxəssis olaraq,gənclərimizə Türkiyədə hansı ixtisaslar üzrə  oxumağı məsləhət görürsünüz?

-Düşünürəm ki, Türkiyə universitetlərində  tibb, kompüter mühəndisliyi, memarlıq, psixologiya,  moda və dizayn  ixtisaslarında təhsil almaq daha perspektivlidir. Amma  ixtisas seçilən zaman gənclər ilk növbədə öz qabiliyyət və bacarıqlarına uyğundəyərləndirməlidirlər.

-Türkiyədə təhsil almaq istəyənlərləaranızda ən çox nəyə görə problem yaşanır?

-Doğrusu, Türkiyədə təhsil almaq istəyənlərlə problem yaşadığımı xatırlamıram. Çünki,  müraciət edən tələbələr sadəcə müştərimiz deyil, həm də gələcək dostlarımızdır. 

-Türkiyədə eyni zamanda 2 universitetdə təhsil almaq da mümkündür. Rəşad bəy, istərdik bu barədə də danışasınız..

-Bəli, Türkiyədə eyni zamanda 2 universitetdə təhsil almaq mümkündür. Amma qeyd edim ki, ikinci oxunan ali təhsil türk təbirincə desək, "açıqdan oxunulur”.  Həmçinin, həmin universitetlərdən əldə edilən diplomları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmır.

-Bəzən Türkiyə universitetlərində oxuyanlar sona qədər təhsillərini davam etdirmir. Bir mütəxəssis kimi bu tendensiyanı nə ilə əlaqələndirirsiniz?

- Xaricdə təhsil şirkətləri əcnəbi universitetlərə imtahansız tələbə qəbulu apardığı zaman onların savadına və qabiliyyətinə görə seçim aparmalıdırlar.Türkiyədə oxuyanların ali təhsillərinin yarımçıq qoymaqlarının səbəbi valideynlərində günahıdır. Gənclərin oxumağa qabiliyyəti, savadı  çatmırsa, ona fərqli sahəyə istiqamətləndirmək lazımdır. Çünki, bəlkə o gənclərdən daha  yaxşı bənna, saç ustası, dərzi və sənət sahibi ola bilər.

Təəssüf ki, ölkəmizdə övladının diplom almasını valideyn özünə borc bilir. Universitetə qəbul olmayanda isə  "Camaat nə deyər" deyərək təşvişə düşürlər. Bu yalnış yanaşmanı beynimizdən ata bilsək bu kimi  problemlər də  zamanla öz həllini tapmış olacaq.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu