Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-29 16:35:00
Müddətli müqavilə ilə çalışan bütün müəllimərə əla şans- "Hamı iştirak edəcək"  

Müəyyən qaydalar çərçivəsində ötən illərdə müddətli əsaslarla işə qəbul edilən bütün müəllimlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

AzEdu.az Bu barədə Təhsil TV-nin “Təməl” verilişində Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin müdiri Eşqi Bağırov məlumat verib.

Bildirilib ki, cari ildə artıq heç bir namizədə “bu vakant yer elan edilmədiyi səbəbindən sizin daimi əsaslarla işə qəbul olunmağınız mümkün deyil” şəklində imtina cavabı ünvanlanmayacaq.

E.Bağırovun sözlərinə görə, cari ildə namizədlər ötən il tətbiq olunan məhdudiyyətlərlə rastlaşmayacaqlar:

“Əvvəllər müddətli əmək müqaviləsi ilə işə qəbul yerli təhsili idarəetmə orqanlarının səlahiyyətində idi.

Ümumiyyətlə, Respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə təşkil edilən müsabiqə ötən tədris ilindən etibarən tətbiq edilir. Ötən il biz daimiləşmədə müsabiqə zamanı elan edilən və yalnız tutulmayan vakant yerlərə müəllimlərin daimiləşməsini aparırdıq. Burada, təbii ki, niyyətimiz ədalətlilik və şəffaflıq prinsipini qorumaq idi. Bu il isə artıq Təhsil Nazirliyi tərəfindən 10 dəfə mərkəzləşdirilmiş yerləşdirmə aparılıb. Mərkəzləşdirilmiş yerləşdirmə nəticəsində müddətli müqavilə əsasında ən yüksək bal toplayan namizədlər yerləşdirilib.

Buna görə də, ümumi təhsil müəssisələrində vakant yerlər hətta tədris ilinin ortasında yaranıb və namizəd həmin tarixdə işə qəbul edilibsə belə, artıq namizədlər ötən il tətbiq olunan məhdudiyyətlərlə rastlaşmayacaqlar.

“Bu vakant yer elan edilmədiyi səbəbindən sizin daimi əsaslarla işə qəbul olunmağınız mümkün deyil” şəklində imtina cavabı heç bir namizədin “şəxsi kabineti”nəgöndərilməyəcək. İstənilən vakant yerə müddətli əsaslarla qəbul edilən hər bir namizədcari müsabiqə üçün müraciət edə bilərlər. Müəyyən qaydalar çərçivəsində ötən illərdə müddətli əsaslarla işə qəbul edilən müəllimlər müsahibə mərhələsinə dəvət olunacaqlar”.

Qeyd edək ki, Respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə yeni müsabiqəyə start verilir. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 1-5 aprel tarixlərində http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.

Həvəsləndirmə tədbirləri tətbiq olunmayan müəssisələrə fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələrə isə bütün fənlər üzrə 36 bal müəyyən edilib.

Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdiriləcək.