Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-29 15:35:00
Müsabiqədə fərqlənən müəllimlərlə müddətsiz əmək müqaviləsi nə zaman imzalanacaq? -RƏSMİ  

Cari tədris ilində müsabiqədə iştirak edərək daimiləşən müəllimlərlə müddətsiz əmək müqaviləsi növbəti tədris ilində (2019-2020) imzalanacaq.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin “Təməl” verilişində İnsan Resursları Mərkəzinin müdiri Eşqi Bağırov bildirib.

Məlumatda qeyd olunub ki, müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə təşkil olunan müsabiqənin nəticələri aprel ayının sonu elan ediləcək. Nəticələr bəlli olandan sonra daimiləşən müəllimlərlə bağlı Rayon Təhsil Şöbələrinə müvafiq təlimat ünvanlanacaq.

Müsabiqədə uğur qazanan müəllimlərlə müddətsiz əmək müqaviləsi isə 2019-cu ilin sentyabrın 15-də imzalanacaq.

Qeyd edək ki, Respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə yeni müsabiqəyə start verilir. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 1-5 aprel tarixlərində http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.