Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-29 12:02:23
Təhsil Nazirliyi ilə AzEdu.az -ın birgə layihəsi - “Bizim müəllim” - FOTO

Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı İmişli rayonu Cavadxanlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi Rüfanə Mürsəlovaya həsr olunub.

R.Mürsəlova 2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 54 bal toplayıb. İbtidai sinif müəllimi Rüfanə Mürsəlova müəllimin özünə qarşı inamlı və yeniliklərə açıq olmasının vacibliyini qeyd edir.