Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-28 12:15:00
"Təhsil sahəsində effektivliyi bir neçə dəfə artıracağıq" - Zaur İsayev
"Məktəb və Təhsil Müəssisələrinin İdarəolunması Sistemi” layihəsinin rəhbəri Zaur İsayevin müsahibəsi
 
- Niyə məhz məktəb və təhsil müəssisələrinin avtomatlaşdırılması?
 

 

- Əslində bu sual ətrafında tək bloq, məqalə, müsahibə yox, bəlkə bir neçə hissəli veriliş proqramı hazırlamaq olar. Amma, qısa olaraq deyə bilərəm ki, biz, Pronet MMC şirkəti olaraq hazırladığımız, yaratdığımız hər bir biznes aləti, hər bir proqram təminatı tək şirkətin maliyyə mənafeyinə yox, həmçinin ölkənin iqtisadi və sosial sektorlarındakı idarəetmə boşluqlarının aradan qaldırılması üçün nəzərdə tutulub. Elə "Məktəb və Təhsil müəssisələrinin İdarəolunması” sistemi də bu qəbildən olan layihələr sırasındadır. Bu reallığı artıq hamı bilir ki, yalnız biznes müəssisələr yox, artıq həmçinin təhsil və mədəniyyət ocaqları da köhnə üsullarla idarə edilmədən ayrılıb, 21-ci əsr mühitinə uyğun olan bir konseptdə fəaliyyət göstərməlidir. Bunu deyəndə isə ağıla gələn ilk məsələ əlbəttə ki, ERP - Proqram təminatıdır. Biz də çalışırıq ki, bu sahədə olan bilik və bacarıqlarımızı, zəngin təcrübəmizi həmçinin ölkəmizin təhsil sektrounda da tətbiq edək.
 
- Bəs "Məktəb və Təhsil müəssisələrinin İdarəolunması” sistemi” nədir? nə verir?
- Sistem artıq 7 ildir ki, yaradılıb. Bu illər ərzində sistem həm uğurla tətbiq olunmaqla yanaşı, həm də özünü daim inkişaf etdirən innovativ, kompleks və unikal bir proqram təminatı rolunu oynayıb. Proqram elektron jurnal, elektron gündəlik, elektron dərs cədvəli və administrativ modulları vasitəsi ilə təhsil sisteminin idarəetməsini avtomatlaşdırır. İntellektual Təhsil İdarəetmə sisteminin avtomatlaşdırılmış zəng və kütləvi xəbərdarlıq sistemi, avtomatlaşdırılmış nəzarət və qeydiyyat sistemi, mərkəzləşdirilmiş video müşahidə və təhlükəsizlik sistemi, avtomatlaşdırılmış mərkəzi saat sistemi, mərkəzləşdirilmış telefoniya sistemi, elektron kitabxana, online ödəniş, imtahanların keçirilməsi və kütləvi sms sistemi kimi modularıyla yanaşı həm də digər proqramlara inteqrasiya olma imkanı da var. Bu proqram təminatı məktəb və digər təhsil ocaqlarında qarşılıqlı əlaqələrin yaradılması, müəllim-tələbə-valideyn zəncirinin etibarlı sistem üzərində qurulmasını təşkil edir.
 
- Sistemin imkanlarından istifadə edən hansısa təhsil ocağı varmı?
- Bəli, əlbəttə var. Misal olaraq sizə bu sistemi hələ yarandığı ildən bəri 7 ildir ki, aralıqsız istifadə edən Bakı Müasir Məktəbini (Baku Modern School)  göstərə bilərik. Bu böyük təhsil kompleksi proqramın demək olar ki, bütün modullarını istifadə edir. Məktəblə bu illər ərzində keçirdiyimiz görüşlərdə həm müəllim, həm şagird, həm də valideyn heyyətinin razılıqlarını dəfələrlə eşitmişik. Elə bunun sübutudur ki, ötən il cari, 2018-2019-cu tədris illəri başlamazdan əvvəl sistemin yenilənmiş və daha da çoxfunksiyalı versiyası sözügedən bu məktəbdə istifadəyə verildi.
 
"Bakı Müasir Məktəbindən” başqa biz paytaxtda yerləşən "2 saylı Tibb Kolleci” və Sumqayıt şəhərində fəaliyyət göstərən "Sumqayıt Tibb Kollecini” də nümunə çəkə bilərik. Bu müəssisələrdə hal-hazırda sistemin "İmtahan və Attestasiya proseslərinin Avtomatlaşdırılması” modulu istifadə olunur. Bununla yanaşı  respublikanın ən nüfuzlu dövlət məktəblərindən olan Tofiq İsmayılov adına 6 nömrəli məktəbdə də proqramın maliyyə və qeydiyyat modullarının tətbiqi üçün razılıq əldə olunub. Həmçinin "British School in Baku” və "Bakı-Avropa liseyi” ilə də danışıqlar davam edir.
 
- Adlarını çəkdiyiniz təhsil müəssisələri yetərincə nüfuzlu və böyük məktəblərdir. Bəs bu sizə kifayət edirmi? Əgər sirr deyilsə ən böyük hədəfinizi bölüşə bilərsinizmi oxuyucularla?
- Səmimi olmaq lazımdırsa əslində bu sualı gözləyirdim. Yəqin siz də haqq verərsiniz ki, belə bir böyük və çoxşaxəli, həmçinin tamamilə milli məhsul olan və tamamilə yerli mütəxəssislər tərəfindən hazırlanan bu sistemin tətbiqini bir neçə məktəblə kifayətlənmək olmaz. Bu məsələdə isə bizim 2 böyük məqsədimizvə hədəfimiz var. Bunlardan biri Azərbaycanın bütün məktəb və təhsil oclaqlarındabu proqramın istifadəsinə nail olmaqdır. Bunun üçün artıq AR Təhsil Nazirliyinin aidiyyatı qurumları ilə görüşlərimiz keçirilib və danışıqlar gedir. 
 
İkinci ən böyük hədəf isə əlbəttə ki, xarici bazardır. Bu yolda isə biz növbəti ildən etibarən geniş miqyaslı addımlar atmağı nəzərdə tuturuq. Belə ki, ötən il Avropada təsis edilmiş "Pronet Global” adında ki, şirkətimiz də məhz bu məqsədi reallaşdırmaq üçün atılan addımlardan biridir.  Amma təbii ki, növbəti ilə qədər də boş dayanmaq fikrimiz yoxdur. Şirkətin təcrübəli analitik və innovatorlar komandası tərəfindən hazırda məhsulun xarici bazara tam uyğunlaşdırılması üçün araşdırmalar və testlər edilir. 
 
Onu da deyim ki, xarici bazar nə qədər önəmli olsa da hələ ki, ilk məqsəd tamamilə Respublika məktəblərinə faydalı olmaqdır. Çünki biz əminik ki, bu sistemin tətbiqi ilə Təhsil sahəsində effektliyi bir neçə dəfə artıracağıq.
 
- Növbə çatdı son və ən maraqlı suala. Zaur bəy, bu möhtəşəm sistemi hazırlayanlar kimlərdir? Zəhmət deyilsə bizə şirkətiniz barədə məlumat verərdiniz.
- Böyük məmnuniyyət və qürur hissi ilə deyə bilərəm ki, Pronet MMC şirkəti artıq 16-cı ildir ki, Azərbaycan İT bazarında fəaliyyət göstərir. Şirkətin "Prospect” adlanan zəngin kataloqa malik ERP həllərinə "Çağrı Mərkəzi”, "Elektron Sənəd Dövriyyəsi”, "İnsan Resurslarının İdarəolunması”, "Müştəri Münasibətlərinin Nizamlanması”, "Tapşırıq və Layihələrin İdarəolunması” "İmtahan və Attestasiya Proseslərinin Avtomatlaşdırılması” və s kimi sistemlər aiddir. 
 
AR Səhiyyə Nazirliyi, AR Mədəniyyət Nazirliyi, "ANAMA”, "Azərkosmos”, "Abşeron Logistika Mərkəzi” Naxçıvan MR Dövlət Qulluğu idarəsi, "Veysəloğlu” Holdinq, "OMG” İnternational, "Paşa” Holdinq, "AzərTürkBank, "Rabitəbank”, "Unibank”, "KontaktHome”, "Hilton” Otel və digər nüfuzlu qurumların da daxil olduğu, ümumilikdə ölkədə ki, 70% dövlət və özəl müəssisələrin, iri holdinq və şirkətlərin on minlərlə əməkdaşını istifadəsini əhatə edən bu bu sistemlər öz etibarlılığı və funksionallığı ilə tanınır.
 
Pronet MMC-nin ötən il istifadəyə verdiyi SMB - Small Medium Business adlı layihəsi isə yuxarıda adlarını çəkdiklərimiz müəssisələrdən fərqli olaraq nisbətən kiçik və orta sahibkarlıq nümayəndəlirinin idarəetmə alətlərini eyni ekranda cəmləyən və "bulud texnologiyası” üzərindən fəaliyyət göstərən bir sistemdir.
 
Bu illər ərzində şirkət istifadəyə verdiyi məhsullarla yanaşı həmçinin "Fujitsu”, "Grandstream” və "CyberData” kimi dünya brendləriylə olan əməkdaşlıq əlaqələriylə də daim gündəmdə olub.
 
Necə deyərlər, biz köhnə elə yeni adət gətirməkdən qorxmuruq, çünki bu yenilikləri artıq 16-cı ildir ki, tətbiq edirik!