Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-27 16:45:00
PROREKTOR: “Əgər bunları etsək, alimlərimiz asanlıqla beynəlxalq uğurlara imza atarlar” - MÜSAHİBƏ  

Bu gün Azərbaycanda ilk dəfə olaraq,“Elm günü” qeyd olunur. Lakin, elmin inkişafında bir sıra problemlər özünü göstərməkdədir.

AzEdu.az çağdaş Azərbaycan elmindəki problemlərlə  bağlıBakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, fəlsəfə doktoru Elçin Süleymanovun  fikirlərini öyrənib:

E.Süleymanovla“Elm günü” ilə bağlı apardığımız kiçik diskussiyanı təqdim edirik:

-Elçin bəy, cəmiyyətimizdətəəssüf ki, elmə münasibət ürəkaçan səviyyədə deyil.Bu passiv münasibəti aradan qaldırmaq üçün  nə kimi işlər görülməli, hansı islahatlar aparılmalıdır?

-Ölkənin inkişafının əsas atributlarından biri  də elmdir.Dünyada elmə ən çox pul ayıran 10 ölkəyə baxdıqda görürük ki, onların hamısı hazırda iqtisadiyyatı yüksək səviyyədəolanlardır.

Sovet dövründə elmlə bağlı tam fərqli strategiya var idi və onun maddi-texniki bazasına çox böyük pullar ayrılırdı.Müstəqillikdən sonra isə, bu sistemdə bir az problemlər yarandı.Hətta, həmin dövrdə “Elmlər Akademiyası qalsın, yoxsa ləğv edilsin” deyə, geniş müzakirələr də gedirdi.

“Elm pul gətirmir” fikir geniş yayıldı və elmi sahələrə maraq azaldı, beləcə,  ixtisarlar da baş verdi. Maaşlar isə xeyli aşağı düşdü.Hazırda da,hüquq mühafizə orqanları,vergi,gömrük kimi sahələrdə verilən maaşla Elmlər Akademiyasındakı əmək haqqıları arasında iki,üç dəfə fərq var.Bu isə elmi sahəyə həvəsi azaltdı.

-Bir az keçmişə “səfər etdik”, bəs, elmimizin hazırki durumunu necə dəyərləndirərdiniz?

-Son illərdə isə müsbət dinamika var.Gənclərdə bu sahəyə gəlməyə başlayıb.Dünyada və Avropada elm adamlarının stabil maaş alırlar. Bundan əlavə,  müxtəlif layihələrdə və nəşrlərin çap olunmasında iştirak edirlər.Bununlada onlar öz tələbatlarını ödəyə bilirlər.Bizdə isə Elmin İnkişaf Fondu bu istiqamətdə müəyyən addımlar atdı.Düşünürəm ki,tək bu fondu yox, həm də digər təşkilatlar elmin inkişafına maliyyə dəstəyi göstərməlidirlər.

Dünyada ən gəlirli, ən təmin olunmuş sahə elm olmalıdır.Amerikada bir elm adamının illik gəliri orta hesabla 200 min dollardır. Kanada da, isə 150 min dollara yaxındır.Bizdə dəmaaş bu qədər olsa, elmə həvəs və stimulda artar.

-Azərbaycan alimlərinin beynəlxalq reytinqli,indeksli jurnallarda məqalələrinin demək olar, çap olunmamasının səbəbi sizcə, nədir?

-Bu tip impakt nəşrlərdə əsas məsələ dil amilidir.Çünki, belə jurnallarda məqalələrin dərc  olunması üçün akademik ingiliscə səviyyəsi olmalıdır.Bəzən, deyillər ki, belə jurnallar pulludur. Amma, mən də deyim ki, belə ciddi jurnalların 70-80 faizində çap olunmaq pulsuzdur.

Qalan 15 -20 faizi isə ödənişlidir.Əgər alimlərimiz akademik ingilis dilini və tədqiqat metodlarını öyrənsələr, bu uğura çatmaları  çox da çətin olmaz.

Sevindirici hal odur ki,bu il Azərbaycan Cənubi Qafqazda elm sıralamasında birinci yeri tutub.Bu nəticə hətta Sovet dövründə belə qeydə alınmamışdı.Artıq, bir neçə ildir ki, Elmlər Akademiyasına qəbul olarkən İELTS imtahanı tələb edilir.Bu isə gələcək alimlərin dil problemlərini aradan qaldırmasına kömək edəcək.

-Bu, əslində,çox mühüm addım idi. AMEA gəncləri elmə cəlb etmək üçün başqa nə etməlidir?

-Dil bilməyən alimlərə ingiliscədən yazı və danışıq kursları verilməlidir.Bir də nəşrlərlə bağlı mükafat sistemi yaradılmalıdır.Qonşu Türkiyədə hər nəşrə görə pul mükafatı verilir, bu da alimləri daha da həvəsləndirir.Biz də  belə bir mükafatlandırma sistemi olarsa, düşünürəm ki, nəşrlərin sayı artar.Bu da ölkənin inkişafına gətirib çıxarar.

-Elmin kütləviləşməsi istiqamətində aparılan işlər yox səviyyəsindədir.Bu boşluğu aradan qaldırmaq üçün nə kimi təkliflər verə bilərsiniz?

-Bunun üçün bir çox yollar var. İlk olaraq, orta məktəblərdən başlamaq lazımdır. Elmlə bağlı yarışmalar edilməlidir.Çünki, elmə sevgi uşaq yaşlarındanaşılanmalıdır.Televiziya elmlə bağlı daha maraqlı verilişlər yayımlamalıdır.Elmlə bağlı festivallar keçirilməli vəhəvəs yaradılmalıdır.Son illərdə elmiolimpiyadalarda yer tutan şagirdlərin universitetəimtahansız qəbul olunması müsbət haldır.Elmə həvəsi olan orta məktəb şagirdlərinə isə hər yerdə yaşıl işıq yanacaq.

Şükufə Süleymanlı