Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-24 13:27:00
Hekayə quraraq xəyal gücünü inkişaf etdirin - Evdə asanlıqla oynayacağınız oyun

Oyunlar uşaqların psixoloji inkişafında əsaslı yer tutur.

Onlar oyun vasitəsilə bir-birləri ilə ünsiyyətə girir, yeni dostlar qazanırlar. Həmçinin, başqalarına hörmət etmək, səbirli davranmaq, liderlik və s. bu kimi xüsusiyyətləri də əldə edirlər. Oyun fiziki, sosial, psixoloji və emosional tərəfdən uşağa təsir edir və inkişaf etməsində böyük rol oynayır.

Eyni zamanda, oyunun köməyi ilə uşaqlarda diqqət, qavrayış, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Bəzi oyunlar isə sırf uşaqların zehni inkişafını təmin edir.

AzEdu.az maraqlı oyunlardan birini nəzərinizə çatdırır:

Oyun: "Diqqət! Diqqət!"

Uyğun yaş dövrü: 6 yaş və daha yuxarı.

İştirakçı sayı: 2 nəfər

Oynamaq üçün lazım olan vəsaitlər: Heç bir vəsait lazım deyil.

Oyun necə oynanılır?

Bu oyunda məqsəd uşaqla birlikdə maraqlı hekayə qurmaqdır. Bunun üçün əvvəlcə uşaqdan hekayə üçün məkan, vaxt və qəhrəman seçməsi tapşırılır.  

Misal üçün,

məkan – ev
vaxt – yaz fəsli
qəhrəman – Pişik

Bundan sonra valideynlər məkan, zaman və qəhrəmanı əhatə edəcək tərbiyəvi hekayə qurmalı və uşaqdan hekayəni diqqətlə izləməyi xahiş etməlidirlər. Hekayənin sonunda mətnə uyğun olaraq bəzi suallar soruşularaq, doğru cavablar alınmalıdır. Nəzərə almaq lazımdır ki, hekayəni danışan hekayəyə uşağın seçdiyi yer, vaxt və qəhrəmanın adı ilə giriş etməlidir.

“Biri varmış, biri yoxmuş. Yaz təzəcə girmişdi, ağaclar çiçəkləyir, torpağın ətri həzin-həzin hiss olunurdu. Balaca Nigarın ağappaq bir pişiyi vardı”

Qeyd edək ki, hekayənin gedişində müxtəlif məkanlardan, avxtdan istifadə oluna bilər. Hətta lazım gəldikdə, hekayəyə başqa qəhrəmanlar da əlavə edilə bilər. Hekayə bitdikdən sonra uşağa müxtəlif suallar verilməlidir.

Bu suallar nə ilə bağlı olmalıdır?
- Hekayə qəhrəmanlarının adları
- Hekayədə adı çəkiləmn heyvanların sayı
- Personajların getdiyi məkanlar və s.

Nəticə: Xəyal gücünü və diqqəti inkişaf etdirir.