Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-24 10:32:00
Maddi sektorun birbaşa asılı olduğu elmi xidmət sahələri – Təsnifat

Araşdırmalar sübut edir ki, iqtisadiyyatda çalışanların əmək nəticələri müxtəlif olur. 

Sənayedə, kənd təsərrüfatında, tikintidə çalışan insanlar öz əməkləri ilə maşınlar, qida məhsulları və digər maddi sərvətlər yaradıqları halda, elm, maarif və mədəniyyət sahəsində çalışanlar isə qeyri-maddi sərvətlər yaradırlar.

Eyni zamanda qeyd etmək lazımdır ki, elmi fəaliyyətə iqtisadiyyatın bir hissəsi kimi baxılır və maddi sektorun tərəqqisi elmi-texniki tərəqqidən, birbaşa asılıdır. Təbii ki, elmi-texniki tərəqqi isə öz növbəsində elmi xidmət sektorundan asılı hesab edilə bilər.

AzEdu.az elmtutumlu xidmətlərin təsnifatını təqdim edir:

Avropa Statistikasında iqtisadi fəaliyyət növlərinə görə elmtutumlu xidmətlər aşağıdakı kimi təsnifləşdirilir.

a) yuxarı səviyyəli elmtutumlu yüksək texnologiyalı xidmətlər:

    - rabitə;

    - kompüterlə əlaqəli fəaliyyət;

    - tədqiqatlar və işləmələr.

b) orta səviyyəli elmtutumlu yüksək texnologiyalı xidmətlər:

    - maliyyə vasitəçiliyi;

   - digər kommersiya fəaliyyəti;

   - səhiyyə və sosial xidmətlər;

   - istirahət, mədəniyyət və idmanın təşkili ilə əlaqədar fəaliyyət.