Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-23 15:45:00
 Xəzər Universitetindən istefa verən alim harada çalışacaq?- “Normal maaş və şərtlər əsasında...”

 

Xəzər Universitetində fəlsəfə dərsi deyən fəlsəfə doktoru Mail Yaqub universitetin ona verdiyi məvacibə etiraz əlaməti olaraq bir müddət öncə istefa verib.

Alim istefasına sosial şəbəkə hesabında aydınlıq gətirib.

Xəzər Universitetində illik təhsilhaqqı ixtisasdan asılı olaraq, ortalama 4000-4500 arasında dəyişir. Ödənişin ödənilməsində isə tələbəyə hər hansı güzəşt edilmir.

Mail Yaqubun açıqlaması isə növbəti bir məsələyə aydınlıq gətirib. Belə ki, təqribən 40 nəfərlik auditoriyaya həftədə 2 dəfə 90 dəqiqə dərs deyən müəllimə bir qrup qarşılığında 160 manat məvacib yazılır. Auditoriyada çox tələbənin olması dərsin keyfiyyətini azaltsa da, demək olar ki, son illər tələbələr qruplara bölünmür (ingilis dili dərsləri istisna olmaqla). Əvvəlcə haqqını rəhbərlikdən tələb edən Mail Yaqub daha sonra etiraz əlaməti olaraq işdən ayrılıb.

Xəzər Universiteti isə mediaya açıqlamasında alimin ittihamlarını rədd etməklə yanaşı, onu başqa məsələlərdə də suçlayıb. Universitetdən verilən məlumata görə, alim dərs zamanı tədris etdiyi predmeti deyil, dərsdənkənar dini məsələləri təbliğ edirmiş.

Mail Yaqub da həm bu, həm də ünvanına deyilən başqa fikirləri birmənalı şəkildə rədd edib.

Maraqlıdır, görəsən, sosial şəbəkələrdə, eləcə də TV və mediada kifayət qədər tanınan müəllim bundan sonra elmi-pedaqoji fəaliyyətini harada davam etdirəcək?

Alim AzEdu.az-a açıqlamasında bu barədə konkret cavab verməsə də, normal maaş və şərtlər əsasında başqa universitetlərdə işləmək istədiyini bildirib:

 “Xəzər Universitetində 11 il tam sədaqətlə, vicdanla çalışmışam. Bunu tələbələrim də təsdiq edər. Tələbələrimə hədsiz dəyər vermişəm, onlar çox sevirəm. Həqiqətən də, Xəzər universitetində ləyaqətli tələbələr təhsil alırlar. Amma b oradakı bərbad sistemə bəraət qazandırmır.

Təbii ki, Azərbaycandakı başqa u iversitetlərdə pedaqoji fəaliyyətimi davam etdirmək, predmetimi tədris etmək fikrim var. Mənə uyğun şərtlər əsasında bu işi görməyə hazıram. Şərtlərim də çox yüksək deyil:Azərbaycan şəraitinə uyğun normal qaydalar, normal əmək haqqı  müqabilində tədris etməyə hazıram. Bir daha deyirəm ki,mən vətənimi,onun gənclərini, tələbələrini hədsiz çox sevirəm”.